İtaliyada məşhur kurortda təbii fəlakət
28.07.2021
Böyük dağıdıcı qüvvəyə malik tropik siklon İtaliyada bir sıra fəsadlar törədib, ölkənin şimal hissəsi sel sularına qərq olub.
Avropanın ən dərin gölü hesab edilən, turistlər arasında populyar olan Komo gölü öz məcrasından çıxaraq ətraf ərazilərə ziyan vurub.
Sel suları avtomobilləri, motosikletləri yuyub aparıb, yollar yararsız hala düşüb, torpaq sürüşməsi nəticəsində evlər qəzalı vəziyyətlə üzləşib
Təbii fəlakətin ən çox zərər vurduğu regiondan sakinlərin təxliyyəsinə başlanılıb.