Övladlarını döyən futbolçu həbs olundu
28.07.2021
Yağmur Aşık övladlarının ataları məşhur "Qalatasaraylı" futbolçu Emre Aşık tərəfindən şiddətə məruz qaldığını iddia edərək şikayətçi olub.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesində uşaqların həm ataları Emre, həm də dayələri tərəfindən şiddət gördüyü sübut olunub və barələrində həbs qərarı çıxarılıb.
Qərara əsasən, uşaqlara 2 dəfə şiddət tətbiq edən Emre 6 ay 44 gün, dayə Sanavar isə 3 dəfə eyni tipli hərəkətinə görə 6 ay 45 gün müddətinə azadlıqdan məhrum edilib.