İmaməli Rəhmanın bacısı koronadan öldü
28.07.2021
Tacikistan Prezidenti İmaməli Rəhmanın üç bacısı oğlu səhiyyə naziri, məmur və həkimləri döyüblər.
DM xəbər verir ki, bu məlumatı "Azadlıq” radiosu yayıb. Məlumata görə, buna səbəb Rəhmanın bacısı Kurbonbi Rəhmanovanın COVİD-19-dan ölməsi olub. İnsident nəticəsində səhiyyə naziri Cəmaləddin Abdullazadə və Prezidentin İcra Aparatındakı Tibbi Mərkəzin rəhbəri Xolmahmad Rəhimzadə ciddi travma alıb.
Radio Rəhmanın bacısının müalicəsi üçün Almaniya, Rusiya və Özbəkistandan mütəxəssislərin dəvət edildiyini bildirib. Bu mütəxəssislər qadının ölümünə 2 saat qalmış tacik həkimlərin apardıqları müalicənin yanlış olduğunu bəyan ediblər. Bundan sonra yerli həkimlərə hücum edən mərhumun oğlanlarını yalnız Prezidentin böyük oğlu Rüstəm sakitləşdirə bilib.