Rusiyanın Rostov Vilayət Məhkəməsi Rusiya və Ermənistan vətəndaşlarını dövlətə xəyanət və Ukrayna xeyrinə casusluq ittihamı ilə həbs edib.
DM xəbər verir ki, bu məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, Rusiya vətəndaşı Denis Lobov 9,5 il, Ermənistan vətəndaşı Ararat Xaçatryan isə 10 il 5 ay müddətinə həbs cəzasına məhkum edilib.
Onların Ukraynaya S-300-lər üçün nəzərdə tutulan radiolokasiya qurğularını vermək istədikləri bildirilib.