Mustafa Şentop: “Yeni mexanizmlər dünyada sülhü bərqərar edəcək”
28.07.2021
"Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında olması kiməsə inad deyil, əksinə, nəticədir”.
DM xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu üçlüyün birliyini hər hansı dövlətlərə inad kimi qiymətləndirmək doğru deyil:
"Birinci dünya müharibəsi zamanında birlik qurula bilmədi və irqçilik, eləcə də digər səbəblərdən dolayı dünyada sülh yarada bilmədi. Lakin yeni mexanizmlər dünyada sülhü bərqərar edəcək. Deyərdim ki, bizim bu üçlü mexanizm iqtisadi inkişaf vəd edəcək. Bu 21-ci əsrin bölgə və dünya barışına düşünülən hədəfdir. İstərdim ki, bu üç ölkənin birgə hərəkəti belə qiymətləndirilsin”.