Mustafa Şəntopun “Bakı Bəyannaməsi” haqqındakı AÇIQLAMASI
28.07.2021
"Bakı Bəyannaməsi” üç ölkə arasındakı münasibətləri daha da irəliyə çəkməyə yönəlib. Ölkələrin bir çox sahələrdə mütəxəssisləri qarşılıqlı şəkildə informasiya mübadiləsi aparacaq.
DM xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.
M.Şəntopun sözlərinə görə, beynəlxalq platformalarda artıq üç ölkənin də maraqları ifadə ediləcək:
"Parlamentlər arası əlaqələrin genişləndirilməsi "Bakı bəyannaməsi”nin əsas prioritet istiqamətlərindəndir. Pakistanın, Azərbaycanın üzv olmadığı platformalarda Türkiyə daim onların maraqlarını da səsləndirmişdir. Eləcə də onlar da bizim. Bu hər zaman belə olub, lakin artıq Bakı Bəyannaməsinin imzalanması bunu açıq şəkildə ifadə etmək deməkdir. Bu ilk addımdır. Ümid edirik ki, qısa zamanda bu iş birliyi daha təşkilatlanmış hala gələcək”.