Azərbaycanlı biznesmeni öldürmək istəyənlər HƏBS EDİLDİ
11.08.2018
Moskva polisi azərbaycanlı biznesmen Niyazi Bədəlova qarşı sui-qəsd təşkil edən iki nəfəri saxlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Teleqram sosial şəbəkəsindəki "Mash” kanalında məlumat paylaşılıb.
Ələ keçirilənlər Dağıstan sakinləri olublar. Onlar istintaq zamanı Niyazi Bədəlovun öldürülməsi üçün pul aldıqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Niyazi Bədəlova qarşı sui-qəsd 2017-ci ildə Moskvada təşkil edilib. Nəticədə Bədəlovun mühafizəçiləri yaralanıblar.
Bədəlov Rusiyadakı məşhur " Bakinskiy Bulvar” restoranlar şəbəkəsinin sahibi kimi tanınır.