21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ən böyük "quyruqlu ulduz" kəşf edildi

27.07.2021

Astronomlar ən böyük kometanı (quyruqlu ulduz) kəşf edib və bu, digərlərindən təxminən min qat daha böyükdür.

DM xəbər verir ki, Bernardinelli-Bernstein (Pensilvaniya Universitetinin fizika və astronomiya fakültəsi aspirantı Pedro Bernardinelli və professor Gary Bernstein tərəfindən tapıldığı üçün belə adlandırılır) kometasının eni və uzunluğu 62 ilə 124 mil (100 ilə 200 kilometr) arasındadır.

Bu qeyri-adi kometa 2031-ci ildə planetimizə ən yaxın məsafədən keçəcək, ancaq onu görmək üçün büyük həcmli teleskop lazım olacaq.

Elmi adı "C / 2014 UN271" olaraq bilinən nəhəng kometa günəş sisteminin kənarındandır. Bernardinelli-Bernstein kometası hal-hazırda 1,8 milyard mil (3 milyard kilometr) məsafədədir.

Bildirilib ki, sözügedən asteroidi "DECam" adlanan kamera aşkar edib.