Çinli atlet tək ayağı üstündə ağırlıq qaldırdı
27.07.2021
Tokio-2020 Yay Olimpiya oyunlarında atletika üzrə dünya çempionu və rekordçusu çinli Li Fabin "flaminqo duruşu" ilə bir ayağı üzərində ştanq tutaraq qızıl medal qazanıb.
DM xəbər verir ki, 61 kiloqram çəki dərəcəsindəki atlet Li Fabin Olimpiya rekordunu qırıb.
Li Fabin yerdən sıçrayışda 141 kiloqram, təkanda isə 172 kiloqram ağırlıq qaldıra bilib.
Başı üzərində 172 kiloqram ağırlıq tutan Fabin həm də bir ayağını göyə qaldırıb.
Qeyd edək ki, Çinin hesabında Tokio-2020 üzrə artıq 19 medal var, onlardan 7-si qızıldır.