YAP və AK Partiya Gənclər birliklərinin sədrlərinin görüşü keçirilib
27.07.2021
Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Gənclər Birliyinin sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında görüş keçirilib.
AK Partiya Gənclər Birliyinin sədri deyib ki, məqsəd xalqlarımız və dövlətlərimiz arasında münasibətləri inkişaf etdirməkdir.
E.K.İnan YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.
B.İslamov bildirib ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclər arasında əlaqələrin inkişaf etdirməsinin vacib olduğunu bildiriblər:
"İki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə bilərik. Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”.
Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.