19 04 2025-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir?

26.07.2021

 Həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına dair qaydaların qüvvədə saxlanılması məqsədəuyğundur.

DM xəbər verir ki, bunu brifinqdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması yoluxma sayına müsbət təsir edir:

"Şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməsi müzakirə edilmir. Çünki, ictimai nəqliyyatın həftəsonu fəaliyyətinin məhdudlaşdırılması yoluxma sürətinin aşağı düşməsinə təsir edib. Biz bunun sayəsində yoluxma sürətinə, epidemik vəziyyətə nəzarət edə bilirik”.