Zəlzələdə ölənlərin sayı 387-yə çatdı
11.08.2018
İndoneziyada baş vermiş 7 ballıq zəlzələdə ölənlərin sayı artıb.
"Dövran Media" "Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 387-yə çatıb.
Ölkənin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılması üçün Milli Şurası ölənlərin sayının daha da artacağını bildirib.
Bunun səbəbinin isə dağıntılar altında hələ də cəsədlərin olması ilə əlaqədar olduğu qeyd edilir.