03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lukaşenkonun Qarabağ barədə AÇIQLAMASI

26.07.2021

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını qeyd edib və bu münasibətləri keçmiş SSRİ-nin digər ölkələrinə nümunə kimi göstərib.

Belarus mətbuatının məlumatına görə, dövlət başçısı bu sözləri ölkədə diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı deyib.

"Bizim tez-tez dediyimiz kimi münasibətlərimiz qardaşlıq münasibətləridir. Bu Sovet İttifaqı dövründən bu yana yaxşı münasibətlərə nümunədir: bir vaxtlar eyni dövlətin tərkibində yaxşı, parlaq münasibətlərimiz var idi, biz bu münasibətləri nəinki qoruduq, hətta artırdıq”, - deyə Belarus lideri qeyd edib.

A.Lukaşenko Azərbaycan səfirinin ölkələr arasındakı münasibətlərin inkişafında rolunu qeyd edib. O, həmçinin görüş zamanı Qarabağ məsələsinə də toxunub.

"Əsasən Azərbaycanın və Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə, sülhə gedən yol hələ indi başlayıb”, - deyə A.Lukaşenko qeyd edib.