Nazir Ermənistanın yanaşmasının sülhə zərbə vurduğunu açıqladı
26.07.2021
"Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın sülhlə bağlı xoşniyyətli və vacib addımlarına qarşılıq vermir”.
DM-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın yanaşması regionda dayanıqlı sülh və tərəqqiyə zərbə vurur.
"Bu, Ermənstanın özü üçün də zərərlidir”, - deyə C.Bayramov əlavə edib.