Qlobal istiləşmə şimala doğru yayılır
26.07.2021
Qlobal istiləşmə ilə bağlı aparılan elmi araşdırmalar gecələr isti temperaturun şimal bölgələrində də artmağa başladığını ortaya çıxarıb.
DM unikal.org-a istinadən xəbər verir ki, bu barədə dünyanın müxtəlif ölkələrindən 68 elm adamının "Lanset" jurnalında yayılan ortaq araşdırmasında bildirilib.
Araşdırmaya əsasən, bu günə qədər dünyanın tropik bölgələrində qeydə alınan gecə istiliyi artıq şimala doğru yayılır.