Nazarbayev: “Xəzərlə bağlı tarixi qərar veriləcək”
11.08.2018
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin hüquq statusu ilə bağlı bütün detalların razılaşdırıldığını elan edib.
"Dövran Media" Rusiya KİV-nə istinadən xəbər verir ki, o, avqustun 12-də məsələ ilə bağlı tarixi qərarım veriləcəyini açıqlayıb.
"Düşünürəm ki, bütün məsələlər razılaşdırılıb və sabah tarixi qərarın veriləcəyini gözləyirik. Bu hamımız üçün çox vacib məqamdır”.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan prezidentlərinin Xəzər dənizinin statusu ilə bağlı görüşü olacaq.