03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23.07.2021

Tanınmış telejurnalist həkimi məhkəməyə verib.

DM xəbər verir ki, məhkəməyə təqdim edilən iddia ərizəsində qeyd olunub:

G. Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı)Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A. Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralında 18-də A. Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A. Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Buta Klinilasında nevropotoloq olmadığına görə, kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.

İddia ərizəsi Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.
A. Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, səhiyyə nazirinin müavininə məktubla şəxsən müraciət edib.

Tanınmış telejurnalist Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.