Sedat Peker tərəfdarlarını üzən xəbər
23.07.2021
Türkiyənin son aylarda adı dillər əzbəri isimlərindən olan Sedat Pekerdən xəbər var.
DM xəbər verir ki, bir neçə gündən bəri tvit atmayan Pekerlə bağlı duruma aydınlıq gəlib.
Belə ki, məşhur mafiya liderinin koronavirusa yoluxduğu üzə çıxıb. Bunu öz sosial media hesablarından bildirən Sedat Peker "Yaşadığım ölkədə koronavirusa yoluxanların sayı az olsa da, mən, ailəm və mühafizəçilərim bu xəstəliyə yoluxduq”, yazıb.
Orta ağır xəstəlik keçirdiyini bildirən Sedat Peker Türkiyə hökumət üzvləri ilə anlaşdığına dair dedi-qodulara da sərt təpki göstərib.