21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qalmaqallı deputata və jurnalistlərə ÇAĞIRIŞ: “Ayıbdır, bu qədər olmaz, durun artıq”

22.07.2021

"Sosial şəbəkələrdə gedən bu kəskin müzakirələrlə bağlı İntizam Komissiyasına müraciət daxil olmayıb”.


Bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Etibar Əliyevin ölkə mediası və jurnalistlər haqqında söylədiyi fikirlər ətrafında hələ də səngiməyən mübahisələri dayandırmağa çağıran millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, artıq əndazəni aşan bu müzakirələri dayandırmaq lazımdır:

"Sosial şəbəkələrdə deputat Etibar Əliyevlə jurnalistlər arasında gedən bu kəskin müzakirələrlə bağlı İntizam Komissiyasına müraciət daxil olmayıb. Ona görə də komissiyanın gündəliyində belə bir məsələ yoxdur.

Hesab edirəm ki, əndazəni aşan bu müzakirələri dayandırmaq lazımdır. Mən Etibar Əliyevə də, jurnalistələrə də müraciət edirəm: Ayıbdır, bu qədər olmaz, durun artıq. Hər kəs öz sözünü-fikrini dedi, məsələni bu qədər uzatmağa ehtiyac yoxdur.

Ümumiyyətlə, Əflatun Amaşovun Etibar Əliyevə cavabından sonra məsələ qapanmalı idi. Hərçənd bu fikirdəyəm ki, Amaşovun ifadə etdiyi mövqe də yetərincə sərt idi. Bütün hallarda yenə təkrar edirəm ki, bu arzuolunmaz mübahisələrə son qoyulmalıdır”.