Fransa prezidentindən Afrin açıqlaması
31.01.2018
Fransa prezidenti Emmanuel Makron Le Fiqaro qəzetinə verdiyi açıqlamada Türkiyənin Afrində təşkil etdiyi əməliyyatın 'terrora qarşı' olması lazım olduğunu söyləyib.
"Bu bir işğal əməliyyatı olmamalıdır" deyən Makron Türkiyənin bununla əlaqədar Avropalı müttəfiqləriylə koordinasiya içində olmasının vacibliyini vurğulayıb.
Makron, "Əgər bu əməliyyatın Türkiyə sərhədindəki terror təhdidi xaricində bir məqsədinin olduğu ortaya çıxarsa və bir işğala çevrilərsə onda bu bizim üçün həqiqətən bir problemə çevrilər" deyib.
DM