03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya NATO-ya zərbə endirəcək

22.07.2021

 Rusiya və NATO arasında mümkün qarşıdurmada Kalininqrad bölgəsindən atılacaq uzaqmənzilli raketlər ittifaqa batırılan ağrılı bir tikana çevriləcək.

DM xəbər verir ki, bu barədə amerikalı hərbi mütəxəssis Sebastian Roblinin "19FortyFive" portalında qələmə aldığı məqalədə deyilir.

Materialda Baltikyanı ölkələrin nəzəri olaraq Rusiya ilə Şimali Atlantika İttifaqı arasındakı müharibənin səbəb ola biləcəyi ifadə edilir.

Məqalə müəllifinə görə, bu ssenaridə Rusiyanın ən qərb bölgəsində quraşdırılmış raket sistemləri hava, dəniz və quru qüvvələrinin Polşa və Litva üzərindən hərəkətinə mane olacaq:

"Rus kəşfiyyat radarları NATO qüvvələri üçün də problem olacaq, çünki yerləşmələri onlara düşmənin gələcək hərəkətlərini ortaya qoya biləcək strateji əhəmiyyətli kəşfiyyat məlumatları toplayacaq".