03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ-dan Ərdoğanın Maraş qərarına - Reaksiya

21.07.2021

 ABŞ Dövlət Departamenti Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Prezidenti Ərsin Tatarla birlikdə Maraşla bağlı veridiyi açıqlamanı qınayıb.

DM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib.

Sözügedən açıqlamanın BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil etdiyini iddia edən şərhdə deyilir:

"ABŞ Maraşın bəzi hissələrinin kiprli türklərin nəzarətinə verilməsini qınayır. Bu, BMT Təhlükəsizlik Şurasının 550 və 789 saylı qətnamələri ilə açıq-aşkar ziddiyyət təşkil edir. ABŞ Türkiyənin dəstəyi ilə kiprli türklərin Maraşdakı cəhdlərini təxribat və qəbuledilməz sayır. ABŞ bu vəziyyəti BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün tərəfdaşları ilə işləyir və sərt bir cavab verilməsində israrlı olacaq”.