Ermənistanda daha bir qalmaqal
21.07.2021
Ermənistanın ictimai-siyasi mühitində yeni qalmaqal yaşanır.
DM xəbər verir ki, qalmaqal siyasi motivlərlə həbs edildiyi iddia olunan şəxslərin işində hakim və ya dövlət ittihamçısı rolunda çıxış edənlərə Paşinyan hakimiyyətinin privilegiyalar verməsi ilə bağlıdır.
Məsələn, erməni mediası yazır ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məhkəməsində dövlət ittihamçısı olan Qevork Baqdasaryanın atası Lori vilayətinin ümumi məhkəməsinin sədri təyin edilib. Erməni ictimai-siyasi mühitində bu addım "siyasi korrupsiya” kimi dəyərləndirilir. Ermənistanda mövcud hakimiyyətə müxalifətdə dayanan ictimai-siyasi elementləri hesab edir ki, bu təyinat Köçəryanla bağlı cinayət işinin obyektiv araşdırılmasına kölgə salır.
Paşinyan hökumətinin əleyhdarı kimi tanınan hüquqşünas Robert Ayrapetyan sözügedən təyinata münasibəti dediklərimizə nümunə ola bilər. Hüquqşünas Baqdasaryanın atasının məhkəmə sədri təyin olunmasına belə reaksiya verib: "Siyasi korrupsiya?! Xeyr, eşitməmişik”.
Sözsüz ki, Ayrapetyanın ikinci fikri ironiyadır.
Gorus vilayətinin həbs edilən meri Aruş Aruşanyanın işindəki hakim isə Sünik Vilayət Məhkəməsinin sədri təyin edilib. Bu barədə Aruş Aruşanyanın müavini İrina Yolyan bildirib.