Ərdoğan ABŞ-ı hədələdi: Bizi buna məcbur etməyin
11.08.2018
ABŞ-ın birtərəfli fəaliyyəti Türkiyəni yeni dostlar və müttəfiqlər axtarmağa məcbur edə bilər.
"Dövran Media" xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Nyu York Tayms” qəzetinə açıqlamasında bildirib.
"Onilliklər ərzində müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı birtərəfli fəaliyyəti yalnız onların maraqları və təhlükəsizliyinə ziyan vuracaq. Nə qədər ki, gec deyil, Vaşinqton yanlış təsəvvürlərindən imtina etməli, bizim münasibətlərin assimetrik olmayacağı, Türkiyənin alternativlərinin olmasıyla barışmalıdır” – deyə o bildirib.