21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistandakı həbslər "Zəngəzur Dəhlizi"ylə bağlıdır

19.07.2021

 Ermənistanda keçirilən parlament seçkilərindən sonra həbslərə start verilib.

DM xəbər verir ki, həsblər xüsuslə, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın ən çox əleyhdarının olduğu Sünik vilayətində Son günlər Ermənistanın Gorus və Sünik vilayətlərində aparılır. Artıq Gorus və Sünik vilayətlərinin icma rəhbərləri həbs olunublar.

Gorus icmalarının rəhbər Aruş Aruşanyan mətbuata verdiyi açıqlamasında iddia edib ki, Nikol Paşinyanın həyata keçirdiyi həbslər "Zəngəzir Dəhlizi” ilə bağlıdır. Onun sözlərinə görə, siyasi xarakter daşıyan bu həbslərin arxasında birmənalı olaraq dəhlizin açılmasına mane olanları aradan götürmək dayanır: "Ermənistan hakimiyyəti öz rəqiblərini və Sünik vilayətindən torpaq verərək, nəqliyyat dəhlizinin açılmasına imkan verməyən rəqiblərini sıradan çıxarmaq istəyir. Bütün həbslər "Zəngəzur Dəhlizi”nə mane olanları prosesdən kənarlaşdırmaqdır”.

10 noyabr üçtərəfli razılaşmasına əsasən Ermənistan Sünik vilayətindən Naxçıvana nəqliyyat dəhlizi verməlidir. "Zəngəzur Dəhlizi” adlanan həmin nəqliyyat yolunun çəkilməsi prosesi ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini nümayiş etdirir. İrəvan rəsmiləri bildirirlər ki, belə bir yolun açılmasına etiraz etməsələr də, ona dəhliz statusunun verilməsinə razılaşmayacaqlar.