Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə edəcəyi mövzular açıqlandı
19.07.2021
20 iyul Rusiya Prezidenti Vladimir Putinlə Moskvada işgüzar səfərdə olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutacaq görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.
Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.
Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.
Görüşdə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı doqquz noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın reallaşdırmasının praktik aspektlərinə, həmçinin iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki həllinə ayrılacaq.