Avropa İttifaqı dağıla bilər
18.07.2021
Avropa İttifaqı Şurasının sabiq sədri qeyd edib ki, Aİ-nin dağılması sürətli olmayacaq, bir neçə il ərzində baş verəcək.
DM xəbər verir ki, sözügedən məlumatı Avropa İttifaqı Şurasının sabiq sədri Donald Tusk bildirib:
"Əgər digər üzv dövlətlər də Polşa və Macarıstan kimi Brüssellə münaqişə aparmağa başlasalar, o zaman Avropa Birliyi dağıla bilər".
Onun sözlərinə görə, Varşava ilə Budapeşt məhkəmə hakimiyyəti və KİV azadlığı mövzusunda Brüsselin mövqeyini bölüşmürlər.
"Əgər Avropa İttifaqına zərbə vurmaqda israrlı olan belə ölkələrin sayı artarsa, o zaman təşkilatın sonu gələcək" - deyə Tusk bildirib.