Bakıda metro qatarları maşinistsiz idarə olunacaq
17.07.2021
Bənövşəyi xəttin tikintisi başa çatandan sonra Bakı metropoliteninin qatarları maşinistsiz idarə olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu məsələ xəttin təməl prinsiplərindən nəzərdə tutulub. Həmin sistemin təməl baza elementləri tələb olunan səviyyədə quraşdırılır Bənövşəyi xəttin tikintisi başa çatdlqdan sonra bu xəttin öz deposu tam istifadəyə veriləcək və bundan sonra qatarların maşinistsiz idarə edilməsi mümkün olunacaq. Qatarlar CBTC-Radiodalğalarla idarəetmə sisteminə qoşulacaq və idarə olunacaq. Hazırda texniki normativ tələblərə uyğun olaraq həmin sistemin cari mərhələdə avadanlıqları quraşdırılıb və mikroprosessorla idarəetmə təmin olunub. Bənövşəyi xəttin 5-ci stansiyası istifadəyə veriləndən sonra bu sistem fəaliyyətə başlayacaq.
Qeyd edək ki, artıq Bənövşəyi xətt üzrə artıq 3 yeni stansiya sərnişinlərin istifadəsinə verilib, 4-cü stansiyanın isə inşaatının ilkin hazırlıq işlərinə başlanıb".