Eldar Həsənovun yerinə təyinat
17.07.2021
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri postuna yeni təyinat gözlənilir.
DM axar.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycanın sabiq xarici işlər naziri (1999-2004), hazırda ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev gətirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Prezident İlham Əliyev ötən gün Azərbaycanın 4 ölkədəki (Qazaxıstan, Tacikistan, Pakistan, Belarus) səfirlərini geri çağırıb və yeni səfrlər təyin edib.