İranda hökumətə qarşı qiyam olub
17.07.2021
Ötən gecə İranın Xuzistan vilayətində İran hökumətinə qarşı qiyam olub.
"Azad İran” "Telegram” kanalı xəbər verir ki, ötən gecə İranın etnik ərəblərin yaşadığı Xuzistan vilayətinin bir çox şəhər və kəndlərində dövlətin suyu və işığı kəsməsinə, eləcə də bölgənin su ehtiyatlarının bilərəkdən qurudulmasına qarşı etiraz mitinqləri keçirilib.
Qeyd edək ki, 2019-cu ildə benzinin bahalaşmasına qarşı keçirilən mitinqlərdə də Xuzistan vilayətinin sakinləri fəal iştirak ediblər. İran hökumətinin o zaman ən çox qətliam etdiyi bölgələrdən biri də məhz bu vilayət idi. Təkcə Mahşəhr bölgəsində yerləşən qamışlıqda qaçıb gizlənmiş silahsız etirazçıların Sepah tərəfindən gülləbaran edilməsi nəticəsində 100-dən çox insan öldürülmüşdü.