Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi
17.07.2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğızıstan Respublikasına humanitar yardım göndərilib.
Beləliklə, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın "Manas” Beynəlxalq Hava Limanında eniş edib.
Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğızıstan Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul etdilər.