Almaniyanın qərbində hərbi rejim elan edildi
16.07.2021
Almaniyanın qərbində selə görə hərbi fəlakət rejimi elan edilib.
DM xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi iyulun 16-da Berlində keçirdiyi brifinqdə deyib. Müdafiə naziri Anneqret Kramp-Karrenbauer uyğun qərar qəbul edib. Bundesver təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 850 hərbçi yollayıb.
Almaniyada sel nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb, 1300 nəfər isə itkin düşmüş sayılır.