Ali Rada Ukrayna Daxili İşlər Nazirliyinə yeni rəhbər təyin etdi
16.07.2021
Ali Rada Qanun Mühafizəsi Komitəsinin sədri Denis Monastırski Ukrayna Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.
DM bildirir ki, bu haqda Ukrayna parlamentinin mətbuat xidməti məlumat verib. İclasda 271 deputatdan 226-sı onun lehinə səs verib
Qeyd edək ki, iyunun 13-də Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov istefa məktubu yazıb. Dünən Ali Rada Avakovu 2014-cü ilin fevralından tutduğu nazir vəzifəsindən azad edib.