Millət vəkilinin seçicilərlə növbəti görüşü keçirildi
16.07.2021
İyulun15-də İsmayıllı rayonuna növbəti səfərini edən millət vəkili Novruz Aslanovrayonun Təzəkənad, TircanAğbulaq kəndlərində seçiciləri ilə görüşüb.
DM xəbər verir ki, Qoşakəndkənd sakinləri də yaxınlıqda yerləşən Ağbulaq kəndində deputatınqəbulunda iştirak etmişlər.Məlumat verdiyimiz kimi deputat epidemioloji qaydalara uyğun olaraq seçicilərinifərdi qaydada qəbuledir.Əsasənkənd yolları, su, işıq barədə millət vəkilinə müraciət edilib.
Həmçinin, sakinlər şəxsi məişət problemlərini də deputatın diqqətinə çatdırıblar. Məsələlərqeydə alınaraq həlli üçün əlaqədar strukturlara müraciətin ediləcəyi sakinlərə bildirilib.
Əlavə olaraq bidirək ki, deputat Novruz Aslanov yay aylarında hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, ucqar dağ kəndləri də daxil olmaqla seçiciləri ilə səyyar qəbullar keçirir. Bu günə kimi 20-yə yaxın kənddə belə qəbullar təşkil olunub.