Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollandı. Qəhrəmancasına vuruşaraq bir qolunu itirdi. Sumqayıtda yaşayan Qazi Mirağanının bu gün toyu olub. Uşaq vaxtı doğmalarını itirən qazimiz üçün dostları tanışları səfərbər olublar. Ən sevincli günündə onu yalnız buraxmayıblar. Toyun bütün xərcini isə bəyin dostu öz üzərinə götürüb.
DM Xəzər TV-yə istinadən xəbər verir ki, bəy hərbi geyimdə Vağzalı sədaları altında məclisə daxil olur. Ətrafında isə yalnız dostları və yeni tanış olduqları şəxslər var.
Görüntülər Sumqayıtda ikinci qarabağ müharibəsi zamanı bir qolunu itirmiş qazi Mirağa Mirzəzadənin toy məclisindəndir.
Uşaq ikən doğmalarını itirən Mirağaya toyu , yaxın dostu Xəyal Xəlilov təşkil edib. Qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərində könüllü iştirak edərək qəhrəmancasına vuruşub.
Qazimizlə fəxr etdiyini bildirən bəyin ömür gün yoldaşı Əntiqə xanım bu nigaha könüldən razı olduğunu deyir.
Toyun təşkilatçısı Xəyal Xəlilov cütlüyə xoşbəxtlik arzulayır.O dostunun bütün anlarında onunla bərabər olub, sevincinə sevinc qatıb.
Toy mərasimində iştirak eliyənlər qazimizə xoş arzularını çatdırıblar.