Müharibəyə SON: anlaşdılar - FOTOLAR
10.08.2018
İsrailin bombardmanlarının səngimədiyi Qəzza bölgəsində Misir və BMT-nin vasitəçiliyi ilə atəşkəs bərqərar olacaq.
"Dövran Media" Reuters-ə istinadən bildirir ki, Fələstinin Qəzza bölgəsini idarə edən HƏMAS qruplaşması ilə İsrail rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticə verib.
Qəzza Müqavimət Komitəsinin yaydığı bəyanatda bildirilir ki, BMT-nin təmsilçisi Nikolay Mladenovla Misirin XİN-nin vasitəçiliyi ilə aparılmış danışıqlarda HƏMAS-la İsrail qarşılıqlı hücumlara son qoymaqla bağlı razılaşma əldə ediblər.
Qəzza Müqavimət Komitəsinə HƏMAS da daxildir.
HƏMAS İsrailə 150 raket atandan sonra İsrailin Hərbi-Hava Qüvvələri Qəzza Bölgəsində HƏMAS-ın 140 obyektinə raket-bomba zərbələri endirib.
Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bombardmanda 3 nəfər həlak olub, 27 nəfər yaralanıb. Həlak olanlar hamilə qadın, onun 18 aylıq körpəsi və HƏMAS-ın bir mənsubudur.
İsraildə isə HƏMAS raketlərinin partlayışları 7 nəfəri yaralayıb.
HƏMAS-ın atdığı 150 raketin 30-nu İsrailin "İron Dome" hava hücumundan müdafiə sistemi havada partladıb.