BMT: Əfqanıstanı humanitar böhran gözləyir
15.07.2021
Əfqanıstanı humanitar böhran gözləyir.
DM xəbər verir ki, bu məlumatı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı yayıb.
"Ekspertlərin qiymətləndirməsinə əsasən, 270 min əfqan daxili məcburi köçkünə çevrilib. Bu, əsasən, zorakılığa görə baş verib. Ümumi olaraq məcburi köçkünlərin sayı 3,5 milyon nəfərdir. Əfqanıstan əhalisinin 65%-i uşaq və qadındır. Onlar bu böhranda daha həssas təbəqə olacaqlar”, – deyə açıqlamada bildirilib.