Ermənistan separatçılara əlavə 14 milyon göndərir
15.07.2021
Ermənistan hökuməti Qarabağdakı separatçılara əlavə 7,3 milyard dram (14 milyon dollar) yardım ayıracaq.
DM xəbər verir ki, bu barədə qərar Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul olunub. Bu vəsait hesabına 130 dollarlıq müavinətlərin verilişinin davam edəcəyi bildirilib.
İclasda çıxış edən Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ümumilikdə Qarabağdakı ermənilərə 61,8 milyard dramın ayrıldığını və bu vəsaitin il ərzində 84 milyard drama (163 milyon dollar) çatdırılacağını bildirib.
Bununla bərabər Ermənistan hökumətinin yaxın 3 ildə Qarabağda ev tikintisinə 52 milyard dram (100 milyon dollar) verəcəyi vurğulanıb. Eyni miqdarda vəsaitin Hayastan Fondundan da ayrılacağı qeyd edilib.