ANAMA-dan Ağdam xəbərdarlığı
15.07.2021
Ağdam rayonu strateji baxımdan əhəmiyyətli olduğuna görə ermənilər bu ərazidə böyük istehkam səddi qurmuşdular. Bu istehkamlara arxadan və öndən minalar basıdırılıb. Torpaq səddinin metalla çirklənməsi, mövsümlə bağlı otların çox olması və minaların çoxnövlülüyü minatəmizləmə işini çətinləşdirir.
DM xəbər verir ki, bu sözləri ANAMA-nın Ağdam rayonu üzə meneceri Ehtiram Cəfərov deyib.
"Bütün çətinlikləri nəzərə alaraq ANAMA ərazidə hər santimetrdən bir qazma üsulu ilə minatəmizləmə həyata keçirir. Yerli sakinlərə müraciət edirik ki, minalar ərazidən tam təmizlənməyənə qədər Ağdam rayonunda təhlükəli ərazilərə daxil olmasınlar. Təmizlədiyimiz ərazilərə isə tam cavabdehik”, - E.Cəfərov bildirib.
Qeyd edək ki, bu gün ANAMA tərəfindən Ağdam rayonun Baş Qərvənd kəndində minatəmizləmə işləri həyata keçirilir.