Bu İslam ölkəsi İsraildə səfirlik açdı
14.07.2021
Bu gün Tel-Əviv şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraildəki səfirliyi açılıb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, açılış mərasimində İsrailin yeni Prezidenti İshaq Hersoq da iştirak edib:
"İsrail prezidenti kimi fəaliyyətimin başlanğıcında BƏƏ-nin İsraildə səfirliyinin açılması kimi tarixi bir hadisədə iştirak etdiyimə görə çox xoşbəxtəm. Biz mümkünsüzlüyü mümkünə çevirdik” - deyə İ.Hersoq bildirib.
Daha sonra təntənəli şəkildə lent kəsilib. Mərasim İsrail telekanalları ilə canlı yayımlanıb.
Qeyd edək ki, iyun ayında İsrailin Əbu-Dabi şəhərində səfirliyinin və Dubay şəhərində konsulluğunun açılışı olub.