Nazirlər Kabinetindən toylarla bağlı QƏRAR
14.07.2021
"Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərara dəyişiklik edilib.
DM xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərar qəbul edib.
"Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” 2020-ci il 1 may tarixli 160 nömrəli qərara 1.10-cu bənd əlavə edilib. Belə ki, dəyişikliyə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyətində də xüsusi sanitar rejim tətbiq edilməsinə qərar verilib.
Qərara uyğun olaraq Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə "Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq etmək tapşırılıb.
Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyətinin bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilən metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunması müəyyən olunub.