Paşinyan İrana gedir - AÇIQLAMA
10.08.2018
İranın Ermənistandakı sədri Seyid Kazım Səcdadi Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşüb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı Qriqoryan öz Feysbuk səhifəsində yayıb. O, görüş zamanı İranla iqtisadi münasibətləri yüksək səviyyədə bərpa edəcəklərinə və bunun Ermənistanın təhlükəsizliyi məsələsində də rol oynayacağına inandığını bildirib.
İran səfiri isə görüş zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın zamanlarda İrana səfərinin planlaşdırıldığını və bunun iki ölkə arasında müxtəlif sferalarda əlaqələrin güclənməsinə zəmin yaradacağını deyib.