Delta Azərbaycanda: qapanma ola bilərmi?
14.07.2021
Delta və delta-pilus ştammları hələ nəzarət olunacaq vəziyyətdədir, qapanma hallarına ehtiyac yoxdur.
Bu sözləri infeksionist Vüqar Cavadzadə deyib.
O qeyd edib ki, delta ştammının Azərbaycana gələcəyi gözlənilən idi:
"Azərbaycanın qonşuluğunda olan ölkələrdə bu varianta rast gəlinmişdi. Son günlər yoluxma sayı yenidən yüksəlir. Bu da delta və delta-pilus ştammları ilə əlaqədardır. Hətta Rusiyada son həftə yoluxmada yüksək artım oldu. Ölkəmizdə də alfa və delta ştamları aşkar edilib. Hazırda ölkədə epidemik vəziyyət nəzarət altındadır. Vaksinasiya sürətli aparılır. Qapanmaya getmək üçün epidemik göstəriş yoxdur”.