Erməni futbolçu "Keşlə" ilə oyuna gələ bilməyəcək
14.07.2021
Konfrans Liqasında "Keşlə”nin rəqibi olan Rusiyanın "Soçi” klubunun erməni futbolçusu Erik Vardanyan Bakıya gəlməyəcək.
DM xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun qalibinə qarşı oynamayacaq.
Buna səbəb Vardanyanın avrokuboklarda "Soçi”nin şərəfini qoruya bilməməsidir. Rusiya təmsilçisi erməni oyunçusunu "Pünik”ə icarəyə verib.
Qeyd edək ki, əvvəllər də "Pünik”də oynamış Erik "Soçi”nin heyətində cəmi 1 matça çıxıb.