21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məhkəmədən Xədicəylə bağlı qərar

14.07.2021

 Ötən ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş az yaşlı Şahnəzərli Xədicə Röyal qızı məhkəmnin qərarı ilə ana nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşamasına verilib.

Xədicənin ana babası Nizami Ağayev bildirib ki, azyaşlı hazırda onların himayəsində qalır: "Məhkəminin hökmündən narazı qalan, Xədicənin ata qohumları da onu qəyyumluğa götürmələri üçün Gəncə Apelyasiya Məhkəməsinə şikayət ediblər. Məhkəminin nə vaxt keçiriləcəyi ilə bağlı hazırda məndə məlumat yoxdur. Ata qohumlarına Xədicəni görmək üçün hər şəraiti yaratmışam. Onlara deyirəm ki, nə vaxt istəyirsinizsə gəlin, görün. Bununla belə, bomba nəticəsində dağılan Xədicənin ata evi hələlik yenisi ilə əvəz olunmayıb. Mənə deyildi ki, yeni 4 otaqlı ev təmir ediləcək və orada Xədicəyə də yaşamaq hüququ veriləcək".

N.Ağayev həmçinin Xədicənin təhsilindən də söhbət açıb: "Xədicə Samuxda yaşadığımız evin yaxınlığında bağçaya gedir. Elə burada da təhsil alacaq. Kimya üzrə Nobel mükafatçısı, Türkiyə əsilli Əziz Sancar nəvəmin təhsili ilə bağlı müəyyən qədər vəsait ayırıb. Buna görə məni çağırdılar. Gedib bankda sənədə qol çəkdim. Həmin vəsait Xədicəyə 16 yaşdan sonra veriləcək".