Qubada ana kanalda batan qızını xilas edərkən boğuldu
14.07.2021
Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
DM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Məmmədağa qızı Mustafayeva övladı, 13 yaşlı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb.
Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb. Uşağı xilas edə bilib.
Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də, mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.
Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.