21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanlı alimdən DELTA ilə bağlı AÇIQLAMA

13.07.2021

 "İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, "Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9 % ölüm faizi göstərən "Alfa” variantı ilə müqayisədə "Delta”nın ölüm faizi 0,2 % təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: "Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, "Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə daha ölümcüldür”.

Bu fikirləri "Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Alim bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu "Delta” variantı ilə baş verib: "mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. "Delta” növü peyvənd olmayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir”.

N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistika 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxma sayı ilə bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları müqayisə edildikdə görülür:

"Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1 000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1 000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə "Delta variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda "Alfa” variantı ilə eynilik təşkil edir”.