Səhiyyə naziri İSTEFA VERDİ
13.07.2021
İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.
DM Unikal.org-a istinadən xəbər verir ki, yanğın "İmam Hüseyn” adına xəstəxanada baş verib. Xəstələri oksigenlə təchiz edən balonun partlaması nəticəsində yanğın başlayıb.
Qeyd olunub ki, Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində baş verən yanğın zamanı ölənlərin sayı 54-ə çatıb. Azı 70 pasiyent xilas edilib.
Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubunu təqdim edib.