İsrailin keçmiş nazirindən TƏKLİF
13.07.2021
İsrailin keçmiş rabitə naziri Ayoub Kara Azərbaycana səfər edib.
DM Report-a istinadən xəbər verir ki, keçmiş nazir Azərbaycanın Qarabağın bərpasında ölkəsinin vaxtilə istifadə etdiyi "Kibbutizm" üsulundan yararlanmasını təklif edib. Bu üsul hamının bacardığı qədər öz ölkəsinə kömək etməsini nəzərdə tutur.
A.Kara həmçinin bərpa prosesində İsrailin Azərbaycana kömək edə biləcəyini istisna etməyib:
"Ümid edirəm ki, Azərbaycanın bu bölgəni yenidən inşa etməsinə kömək edə bilərik, beləliklə azərbaycanlı qaçqınlar kəndlərinə və şəhərlərinə qayıda bilərlər. Minaların təmizlənməsinə kömək məqsədi ilə İsrail şirkətlərini göndərməliyik. Bölgəni yenidən qurmaq üçün azərbaycanlılara doğru texnologiya təklif edə bilərik", - deyə o qeyd edib.
Səfər çərçivəsində A.Kara tikilməkdə olan İtaliya-İsrail südçülük fabrikini ziyarət edib.