İsrail səfirindən Şuşa ilə bağlı PAYLAŞIM
12.07.2021
İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad olunan Şuşa şəhəri ilə bağlı paylaşım edib.
Səfir bu barədə "Twitter” hesabında məlumat yayıb.
O bildirib ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə birgə Şuşanı ziyarət edib:
"Şuşanı ziyarət edən ilk İsrail səfiri olmaq tarixi şərəfinə nail oldum. Bu səfəri təşkil etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirəm”.